Hillari Klinton universitetdə işə düzəldi

16:54 - 6 Yanvar 2023

Hillari Klinton universitetdə işə düzəldi

ABŞ-ın keçmiş dövlət katibi və keçmiş birinci xanım Hillari Klinton Kolumbiya Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin akademik heyətinə qatılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, universitetdən verilən açıqlamada Klintonun qlobal münasibətlərə dair mühazirələr oxuyacağı bildirilib. Beynəlxalq Əlaqələr Departamentinin akademik heyətinə qoşulan Klinton həm də universitetin “Columbia World Projects” qrupunun məsləhətçisi olacaq.

Kolumbiya Universitetinin rektoru Li Bollinqer Klinton haqqında, “Onun qeyri-adi istedadı və bacarığı təcrübəsi ilə birləşərək onu unikal bir ad edir. Tədqiqat və təhsil sahəsində universitetə ​​böyük töhfə verəcək” – deyib.

Keçmiş prezident Bill Klintonla evli olan Hillari Klinton həmçinin ABŞ-da qadınlar və gənclər üçün təhsillə bağlı məsləhətlər verəcək.

Qeyd edək ki, Klinton Yale Universitetində hüquq təhsili alıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin