Rusiya ilə ortaq regional hərbi birləşmələr hazırdır – Belarusdan BƏYANAT

16:40 - 6 Yanvar 2023

Rusiya ilə ortaq regional hərbi birləşmələr hazırdır – Belarusdan BƏYANAT

Belarus Müdafiə Nazirliyi Rusiya-Belarus birgə regional qüvvələrinin müdafiə missiyasına hazır olduğunu açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Belarus müdafiə nazirinin müavini Andrey Juk açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun qəbul etdiyi qərara əsasən, birgə regional qüvvələrin hazırlığı və koordinasiyası oktyabrın sonundan etibarən həyata keçirilib.

Hərbi birliklərin çoxlu təlimlər keçirdiyini ifadə edən Juk, "Bu gün regional hərbi birliklərin Rusiya-Belarus Birlik Dövlətini müdafiə etməyə hazır olduğunu söyləmək olar" - deyib.

Juk müxtəlif birliklər səviyyəsində birgə regional hərbi birləşmələrin təkmilləşdirilməsi istiqamətində səylərin gələcəkdə də davam etdiriləcəyini qeyd edib və əlavə edib ki, Belarus torpaqlarında birgə taktiki uçuş təlimi, ilin sonunda isə Rusiya və Belarus ordusunun Qalxan-2023 təlimi keçiriləcək.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin