<

Canluka Vialli vəfat etdi

14:22 - 6 Yanvar 2023

Canluka Vialli vəfat etdi

İtaliyalı veteran futbolçu Canluka Vialli dünyasını dəyişib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, keçmiş hücumçu 58 yaşında vəfat edib. Vialli bir müddətdir xərçəngdən müalicə olunurdu.

Qeyd edək ki, Canluka Vialli karyerası ərzində “Kremoneze”, “Sampdoriya”, “Yuventus” və “Çelsi”də çıxış edib. O, İtaliya yığmasının heyətində keçirdiyi 59 matçda 16 qol vurub. Vialli “Çelsi” və “Uotford”da məşqçi kimi də çalışıb.


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin