<

Elbrusda xizəkçilər toqquşdu: ÖLƏN VAR -VİDEO

13:28 - 6 Yanvar 2023

Elbrusda xizəkçilər toqquşdu: ÖLƏN VAR -VİDEO

Rusiyanın Kabardin-Balkar Respublikasında xizəkçi Elbrus dağından enərkən həlak olub.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, 44 yaşlı kişi tələbləri pozaraq müəyyən edilmiş marşrutdan çıxıb.

İlkin məlumatlara görə, o, xeyli sürət yığıb və yoldakı başqa xizəkçi ilə toqquşub.

"Toqquşma nəticəsində həmin şəxs ölümünə səbəb olan ağır bədən xəsarətləri alıb. İkinci xizəkçi tibb müəssisəsinə aparılıb, onun həyatı üçün təhlükə yoxdur", - deyə məlumatda deyilir.

Xizəkçinin ölümü ilə bağlı araşdırma aparılır.

Görüntüləri təqdim edirik:


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin