<

Fransadan Apple-a ŞOK CƏZA

13:12 - 6 Yanvar 2023

Fransadan Apple-a ŞOK CƏZA

Texnologiya nəhəngi “Apple” istifadəçi məlumatlarını icazəsiz topladığı üçün 8 milyon avro cərimələnib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransanın Milli İnformatika və Azadlıq Komissiyası (CNIL) Apple-ın ölkədəki məlumatların qorunması qanunlarını pozduğuna görə şirkəti 8 milyon avro (təxminən: 14,305,233 AZN) cərimələyib.

Komissiya, səbəb olaraq Apple-ın reklam göstərmək məqsədi ilə iPhone-da iOS 14.6 versiyası istifadəçilərindən onların razılığı olmadan məlumat toplamasını göstərib:

“CNIL müəyyən edib ki, iPhone əməliyyat sisteminin iOS-un 14.6 versiyasında istifadəçi App Store-a daxil olduqda, identifikatorlar proqramlar mağazasında reklamların fərdiləşdirilməsi də daxil olmaqla müxtəlif məqsədlər üçün avtomatik olaraq (məlumatları) oxuyur”.

Apple nümayəndəsi bu cəzadan şikayət edəcəklərini və məyus olduqlarını bildirib:

“Bu qərardan məyus olduq, çünki CNIL əvvəllər App Store-da axtarış reklamlarını təqdim etməyimizin istifadəçi məxfiliyini birinci yerə qoyduğunu etiraf edib. Biz etiraz edəcəyik. Apple Axtarış Reklamları istifadəçilərə fərdiləşdirilmiş reklamları istəyəcəkləri və ya istəmədikləri ilə bağlı aydın seçim imkanı verməklə, bildiyimiz hər hansı digər rəqəmsal reklam platformasından daha irəli gedir. Bundan əlavə, Apple Axtarış Reklamları heç vaxt üçüncü tərəf proqramlarında və vebsaytlarında istifadəçiləri izləmir və reklamları fərdiləşdirmək üçün yalnız birinci tərəf məlumatlarından istifadə edir. Biz hesab edirik ki, məxfilik əsas insan hüququdur və istifadəçi öz məlumatlarını kiminlə paylaşıb-paylaşmamaq barədə həmişə qərar verməlidir”.

 


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin