"COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir" - Prezident
24 Noyabr 2024
10:27 - 23 Avqust 2021
Masallı rayonunda mal-qara oğurlayan şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, Masallı rayon sakini E.Həsənova məxsus 10 baş qoyunun oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin heyvanları rayonun Mahmudavar kənd sakini, əvvəllər məhkum olunmuş Elgün İsgəndərovun oğurladığı müəyyən edilib. Oğurlanan 10 baş qoyun aşkarlanaraq sahibinə qaytarılıb.
Polis əməkdaşları tərəfindən E.İsgəndərovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun tanışları İ.Əskərov və C.Allahverdiyevlə birlikdə Masallı rayonunun Çayqıraq kəndi ərazisindəki otlaq sahəsindən bir baş inək oğurladıqları da müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin