Qalkin səhnədən Ukraynaya mesaj göndərdi - VİDEO

23:45 - 5 Yanvar 2023

Qalkin səhnədən Ukraynaya mesaj göndərdi - VİDEO

Rusiyalı şoumen Maksim Qalkin Dubayda çıxış etdiyi səhnədən Ukraynaya öz rəğbətini çatdırıb.

 

Manset.az xəbər verir ki, məşhur aparıcının sözlərinə görə, Rusiya və Ukrayna məsələlərində ondan bitərəf olmaq tələb olunub:

“Məndən neytral olmağı tələb etdilər, bəs mən necə bitərəf ola bilərəm? Qəhrəmanlara eşq olsun!”, - Qalkin deyib.

Qeyd edək ki, məşhur şoumen hazırda həyat yoldaşı, xalq artisti Alla Puqaçova və övladları ilə birlikdə İsraildə yaşayır. Rusiya Ədliyyə Nazirliyinin Maksim Qalkini “xarici agent” kimi siyahıya daxil etməsindən sonra aktyor ölkəni birdəfəlik tərk edib. İddialara görə, aktyor Ukraynadan pul alıb.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin