<

Riad Qasımov vəzifəsindən getdi -FOTO

21:36 - 5 Yanvar 2023

Riad Qasımov vəzifəsindən getdi -FOTO

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Riad Qasımov vəzifəsindən ayrılıb.

 

Manset.az xəbər verir ki, Riad Qasımov bu barədə feybsukda bildirib.

“Düz 10 illik uzun və maraqlı İçərişəhər səyahətim, nəhayət ki, bu gün bitir.

Bu gün İdarədə son günüm olsa da - İçərişəhərdə, təbii ki, son günüm deyil. Bu doğma məkana mən, nəhayət, ziyarətçi, qədim şəhəri sevən və onsuz həyatını təsəvvür edə bilməyən biri kimi dönəcəm.

İndi isə, karyeramı İçəri Şəhərin hüdudlarından kənarda, paytaxtımızın, belə desək, "Bayır şəhəri" hissəsində, şəhərsalma və memarlıq səhəsində davam etdirəcəm. Dövlət qulluğunda davam edərək, bu vacib və önəmli sahədə iş təcrübəmi istifadə etmək və yeni nailiyyətlər əldə etmək olduqca maraqlı və şərəflidir. Bu yeni və daha geniş sahədə, şübhəsiz ki, əziz Vətənimizin daha da çiçəklənməsi naminə əlimdən gələni əsirgəməyəcəm, var gücüm və imkanlarımla çalışacam!”, - o, paylaşımında qeyd edib.

Qeyd edək ki, bu vəzifəyə İntiqam Babayev gətirilib. O, Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri vəzifəsində çalışırdı.



Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin