<

Çörəyin etiketi üzərindəki çəkisi düz olmazsa, bunu edin! - VİDEO

21:28 - 5 Yanvar 2023

Çörəyin etiketi üzərindəki çəkisi düz olmazsa, bunu edin! - VİDEO

Mağazalarda satılan çörəyin etiketi üzərində göstərilən çəkisi ilə faktiki çəkisi arasında uyğunsuzluq olduqda, istehlakçı hara müraciət etməlidir?

 

Manset.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti videoçarx hazırlayıb.

Bildirilib ki, istehlakçıların hüquqlarını müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununa əsasən istehlakçıların mal, iş və xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var.

Həmçinin yeyinti məhsulları haqqında eləcə də, 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək qida təhlükəsizliyi haqqınd Azərbaycan Respublikasının qanunlarına əsasən qida və yem məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ və hüquqların tələblərinə uyğun olaraq qablaşdırılmalıdır.


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin