<

"Sputnik"in baş redaktoru həbs edildi - FOTO

20:04 - 5 Yanvar 2023

Latviya xüsusi xidmət orqanları "Sputnik Litva" agentliyinin baş redaktoru Marat Kasemi saxlayıb.

 

Manset.az  xəbər verir ki, bu barədə agentliyin "Telegram" kanalında məlumat yayılıb.

O, Avropa İttifaqının sanksiyalarını pozmaqda və casusluqda şübhəli bilinir.

“Yanvarın 5-də məhkəmə iclası keçirilib, orada həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb. Kaseminin vəkili onun zaminə buraxılmasında israr etsə də, məhkəmə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib. Bu gün jurnalist artıq Riqa mərkəzi həbsxanasına köçürülüb”, - məlumatda deyilir .

Bildirilr ki, sanksiyaların pozulması ilə bağlı maddə beş ilədək, casusluğa görə isə 20 ilədək həbs cəzasını nəzərdə tutur.

 



Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin