<

İranda 9 terrorçu həbs edildi

19:52 - 5 Yanvar 2023

İranda 9 terrorçu həbs edildi

İranın Sistan və Bəlucistan əyalətində və Zahidanda bir terror qruplaşmasının məhv edildiyini və 9 terrorçunun həbs edilib.

 

Manset.az xəbər verir ki, polis rəisi, briqada generalı Qənbəri bildirib ki, terror qruplaşmasının üzvləri son həftələrdə polis patrul xidməti zamanı polis əməkdaşlarını öldürmək üçün silsilə silahlı hücumlar həyata keçirib, bundan sonra qanunsuz cəhdlərini xarici mediada dərc etməyə cəhd ediblər.

O vurğulayıb ki, bu terror qruplaşmasının bütün 9 üzvü dünən axşam keçirilən kompleks əməliyyat zamanı kəşfiyyat işləri apardıqdan sonra həbs edilib.

General əlavə edib ki, polis əməliyyatlarını həyata keçirən terrorçulardan silah və sursat, həmçinin 6 avtomobili müsadirə edib.

O vurğulayıb ki, terror qruplaşması çoxsaylı silahlı soyğunçuluq, yolların bağlanması, milli təhlükəsizliyə hücumlar, təlim və separatçı əks-inqilabi şəbəkələrlə əlaqə kimi cinayətlərini açıq şəkildə etiraf edib.

 


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin