“Daha böyük yanğın gözlənilir” - Zirəddindən qorxulu xəbərdarlıq

19:22 - 5 Yanvar 2023

“Daha böyük yanğın gözlənilir” - Zirəddindən qorxulu xəbərdarlıq

Dekabrın əvvəlində tanınmış ekstrasens Zirəddin Rzayev Lent.az-a verdiyi müsahibədə 2023-cü ildə Bakıda böyük bir yanğın olacağı barədə proqnoz vermişdi. Yeni il yanacaqdaşıyan maşınla yük maşınının toqquşması nəticəsində böyük yanğın hadisəsi ilə başladı. Bu fəlakət insan ölümü, yaralanma və böyük maddi ziyanla nəticələndi.

 

Görəsən ekstrasensin proqnozlaşdırdığı fəlakət bu idi? Elə bu sualla Zirəddin Rzayevə müraciət etdik.

Manset.az xəbər verir ki, ekstrasens  bildirdi ki, bir çox öngörücülər sosial şəbəkə hesablarında onun proqnozlarını götürüb özününküləşdirib, sözügedən yanğın baş verən kimi bunu öncədən dediklərini yazıblar:

"Baxıram, heç kim, heç yerdə heç nə deməyib. Təəssüf ki, baş verən yanğın mənim "gördüyüm" yanğı deyildi, Bakıda bundan daha böyük və qorxulu bir yanğın olacaq",- deyə o qeyd edib. 


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin