SON DƏQİQƏ! Azərbaycanda bu məntəqəyə qumbara atıldı Yaralılar var(YENİLƏNİB)

00:00 - 30 Noyabr -0001

SON DƏQİQƏ! Azərbaycanda bu məntəqəyə qumbara atıldı Yaralılar var(YENİLƏNİB)

Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən partlayışın təfərrüatları açıqlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Report"un Qərb bürosuna bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisənin  Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus "VAZ 2107" markalı avtomobildə olan zaman B.Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub. 

Hazırda B.Qarayevin qumbaranı haradan əldə etməsi və digər təfərrüatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***18:45

Şəmkirdə valyutadəyişmə məntəqəsində baş vermiş partlayışdan sonra yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun "Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə ilə bağlı dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gedib.

"Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

***18:30

Şəmkir şəhəriərazisində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin birində partlayış olub.

 

Manset.az-ın məlumatına görə, hadisə nəticəsində 51 yaşlı Nəsib Heydərov və 33 yaşlı Binnət Qarayev xəsarət alıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisənin valyutadəyişmə məntəqəsinə qumbara atılması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin