<

İrqçi şüarlara görə stadionu ağlayaraq tərk etdi

17:40 - 5 Yanvar 2023

İrqçi şüarlara görə stadionu ağlayaraq tərk etdi

“Leççe”nin müdafiəçisi Samuel Umtiti ötən gecə “Latsio” ilə oyunundan sonra Roma klubunun azarkeşlərinin ona qarşı irqçi şüarlar səsləndirməsinə görə meydanı göz yaşları içində tərk edib.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Umtiti matç ərzində qonaq azarkeşlər tərəfindən irqçi təhqirlərə məruz qalıb. Stadionun diktoru azarkeşlərdən fransalı müdafiəçiyə qışqırmağı dayandırmağı tələb etdiyi üçün oyun hətta bir müddət dayandırılıb. Matçın sonunda “Leççe” azarkeşləri “Umtiti!” şüarları səsləndirərək, ona dəstək olublar.

Futbolçu sonradan hadisə ilə bağlı sosial şəbəkə hesabında belə yazıb:

“İrqçi şüarlar dəstək mahnıları ilə örtülmüşdü. Bütün “Leççe” azarkeşləri bir ad qışqırmağa başladılar: Umtiti”.


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin