Soçi sirkində şir təlimçiyə hücum etdi - VİDEO

16:39 - 5 Yanvar 2023

Soçi sirkində şir təlimçiyə hücum etdi - VİDEO

Rusiyanın Soçi sirkində tamaşa zamanı şirlərdən biri məşqçi Aleksey Makarenkoya hücum edib. Onu həmkarı Olqa Borisova (həyat yoldaşı) xilas edib.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, təqdim edilən nömrənin sonunda iki şir balası dalaşıb. Makarenko və Borisova bunu dayandırmaq qərarına gəliblər və bu anda üçüncü heyvan təlimçiyə hücum edib.

Borisova ərinə kömək etməyə tələsib, sonra digər işçilər də onlara qoşulublar. Su şırnaqları və səs qumbarasından istifadə edərək heyvanları ayırıb, səhnəni tərk etməyə məcbur ediblər.

Daha sonra sənətçi sosial şəbəkələrdə baş verənlərlə bağlı danışıb, həmçinin dəstək olan hər kəsə təşəkkür edib və hər şeyin qaydasında olduğunu bildirib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin