Səudiyyə Ərəbistanında Ronaldo üçün saray kimi ev – VİDEO

16:32 - 5 Yanvar 2023

Səudiyyə Ərəbistanında Ronaldo üçün saray kimi ev – VİDEO

Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubu ilə 2 illik müqavilə imzalayan dünya şöhrətli futbolçu Kriştianu Ronaldoya ayrılan ev gündəm olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunun portuqaliyalı ulduz Kriştianu Ronaldo ilə 2,5 mövsüm üçün 500 milyon avroya (təxminən 535 milyon dollar) razılaşdığı evin möhtəşəm mənzərəsi diqqət çəkib.

Ronaldonun və ailəsinin yaşayacağı evdə mini futbol meydançası, kiçik basketbol meydançası, qapalı və açıq hovuzlar, sauna otağı, stolüstü tennis otağı kimi imkanlar var. Bundan əlavə, Ronaldo və ailəsinə xüsusi lüks avtomobillər ayrılacaq.

 


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin