<

Sürücülərə qarla bağlı MÜRACİƏT

15:12 - 5 Yanvar 2023

Sürücülərə qarla bağlı MÜRACİƏT

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi çalışacaq ki, yollarda yaranmış bütün problemlər qısa müddətdə aradan qaldırılsın".

Manset.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında AAYDA-nın Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, hər il oktyabr ayından gücləndirilmiş iş rejiminə start verir. Hazırda qış mövsümündə yolların buz bağlamasının qarşısının alınması məqsədilə işlər davam etdirilir:

"Bakı şəhərində o qədər də hiss edilməsə də, dağlıq və dağətəyi ərazilərdə müəyyən vaxtlarda qar yağışı müşahidə olunub. Növbəti həftədən bəzi ərazilərdə də qar yağması gözlənilir. Bununla bağlı yollarda yaranacaq hər hansı problemi təcili aradan qaldırmaq üçün bütün mexanizm və texnikalar hazır vəziyyətdədir. Problem olduqda dərhal müdaxilə olunacaq. Bu o demək deyil ki, hər hansı bir yolda qar yağan zaman heç bir problem olmayacaq. Biz çalışacağıq yaranmış bütün problemləri qısa müddətdə aradan qaldıraq".

"Sürücülər hava şəraitinə hazır olmalıdır. Bununla bağlı hərəkət iştirakçılarından xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən yollardan istifadə edən sürücülərdən xahiş edilir ki, ehtiyatlı olsunlar. Yollarda sürət həddinə əməl edib, meteoloji amillərə nəzər salsınlar. Həmçinin sürücülərə idarə etdikləri avtomobillərdə mövsümə uyğun şinlərdən istifadə etmək tövsiyyə olunur", - deyə A.Nəcəfli qeyd edib. 


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin