<

Orxan Camalın qətlinin təşkilində şübhəli bilinən jurnalist ÖLDÜ

15:03 - 5 Yanvar 2023

Orxan Camalın qətlinin təşkilində şübhəli bilinən jurnalist ÖLDÜ

Azərbaycanəsilli rusiyalı jurnalist Orxan Camalı qətlə yetirən qatillərə yardım etməkdə şübhəli bilinən rusiyalı jurnalist Kirill Romanovski dünyasını dəyişib.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “RİA FAN” agentliyinin hərbi jurnalisti olan Romanovskinin beynində şiş aşkarlandığı və uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Onun, həmçinin xəstəlik səbəbindən yaddaşla bağlı problem yaşadığı qeyd olunub.

Qeyd edək ki, Kirill Romanovski 2018-ci ildə jurnalist Orxan Camal, rusiyalı rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenkonun film çəkilişi üçün Mərkəzi Afrika Respublikasına səfərinin hazırlanmasında açar rol oynayıb. Onlar “Vaqner” hərbi şirkəti haqqında reportaj hazırlamaq üçün getmişdilər. Kirill Romanovski jurnalistlərə Martin adlı bir şəxsin nömrəsini verib və onu köhnə dostu kimi təqdim edib. O, rusiyalı jurnalistlərdən Martinlə yalnızca mesaj vasitəsilə əlaqə saxlamağı tələb edib. Jurnalistlər iyulun 30-u məhz Martinlə görüşə gedərkən yolda güllələnərək qətlə yetiriliblər. Hadisədən sonra Martini tapmaq mümkün olmayıb. 

Daha sonradan Kirill Romanovskinin “Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojinlə yaxın münasibətlərə malik olduğu aydın olub. 

Hadisədən sonra həm Rusiyada, həm də Mərkəzi Afrika Respublikasında araşdırma başladılıb. Rusiya XİN ötən ilin aprelində bildirib ki, sözügedən şəxslər konsul qeydiyyatından keçmədiyindən və onların hansı məqsədlə orada olduqları aydın olmadığından araşdırma asanlıqla getmir.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin