<

İlon Mask kirayə haqqını ödəyə bilmədi

14:20 - 5 Yanvar 2023

İlon Mask kirayə haqqını ödəyə bilmədi

İlon Mask şəxsi sərvəti azalarkən Twitter-də xərclərini mümkün qədər sıfıra endirməyə çalışır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Maskın bu hərəkətləri nəticəsində Twitter-in bəzi ofis kirayələrini ödəməməsi ilə bağlı olaraq şirkət məhkəməyə verilib.

Twitter-in San-Fransisko şəhər mərkəzindəki binanın 30-cu mərtəbəsindəki ofislərində vaxtı keçmiş icarə haqqı üçün 136 260 dollar borcu var.

Bina sahibi Columbia REIT 650 California MMC keçmiş icarə haqqının, vəkil haqlarının və digər xərclərin tam ödənilməsini istəyir.

Manşet.az


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin