Rusiyanın Ukraynaya qarşı yeni hücum dalğasına hazırlaşdığını iddia edən Zelenski məsələ ilə bağlı bəzi ölkələrin liderlərini məlumatlandırdığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukraynaya silah yardımının Avropanın təhlükəsizliyi üçün də vacib olduğuna diqqət çəkən Zelenski aşağıdakı ifadələrdən istifadə edib:
“Bu il Rusiyanın təcavüzünə son qoymaq lazımdır və terrorçu dövlətin məğlubiyyətini sürətləndirə biləcək müdafiə vasitələrinin heç birini gecikdirməmək vacibdir”.
Manşet.az