<

Balakən polisdən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR

11:03 - 5 Yanvar 2023

Balakən polisdən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR

Polisin son iki gündə Balakəndə keçirdiyi əməliyyatlar nəticəsində 8 nəfər saxlanılıb, 15 kiloqram narkotik dövriyyədən çıxarılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-aa verilən məlumata görə, əməliyyat zamanı əmioğlanları - Fərman və İsrafil Qarayevlər saxlanılıb. Şəxsi axtarış zamanı qohumların üzərindən marixuana aşkarlanıb. Fərman Qarayevin yaşadığı ünvanda külli miqdarda narkotik vasitə gizlətdiyi də müəyyən edilib. Onun Gərəkli kəndi ərazisində yerləşən evinə baxış zamanı ümumi çəkisi 14 kiloqrama yaxın olan qurudulmuş marixuana aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitəni ötən ilin martında meşəlik ərazidə becərdiyi çətənə kollarından əldə etdiyi məlum olub. Həmin meşə massivinə baxış keçirilərkən oradan narkotik tərkibli bitkilərin hissələri götürülərək istintaqa təhvil verilib.

Növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri satmaqda, saxlamaqda şübhəli bilinən daha 6 nəfər rayon sakini –Əsgər Əsgərov, Rizvan Cücüyev, Azər Qardaşov, Kamran Əliyev, Araz Babayev və onun qohumu Nazim Baradov tutulub. Onlardan külli miqdarda güclü təsiredici narkotik vasitə-heroin və marixuana aşkar edilərək dövriyyədən çıxarılıb. 

Saxlanılan şəxslərin əksəriyyəti əvvəllər də eyni əmələ görə məhkum olunublar və onlar izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.




Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin