Bayram günlərində milli parkları 5 mindən çox turist ziyarət etdi - FOTOLAR

10:55 - 5 Yanvar 2023

Bayram günlərində milli parkları 5 mindən çox turist ziyarət etdi - FOTOLAR

Bayram tətili günlərində havaların əlverişli keçməsi ölkənin müxtəlif bölgələrində yerləşən milli parklarda canlanmaya səbəb olub. 

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Manset.az-a bildirib ki, bu günlərdə Azərbaycanın milli parklarına 5011 turist səfər edib və ən çox turist qəbul edən milli parklarımız  Göygöl, Abşeron və Ağgöl olub.

“Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və  24 dövlət təbiət yasaqlığı var. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”.

Xatırladaq ki, bayram tətili günlərində  milli parklarda “açıq qapı” günü elan edilib və ziyarətçilər ödənişdən azad olunub.



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin