“Barselona” 3-cü divizion klubunu çətinliklə məğlub etdi - VİDEO

10:22 - 5 Yanvar 2023

“Barselona” 3-cü divizion klubunu çətinliklə məğlub etdi - VİDEO

İspaniya kubokunun 1/16 final mərhələsində “Barselona” üçüncü divizion klubu olan “İntersiti”yə 4:3 hesabı ilə qalib gəlib.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə bitib. “Barselona”nın heyətində Ronald Arauxo, Usman Dembele və Rafinya fərqlənib. Meydan sahiblərinin heyətində isə Oriol Soldevila het-trik edib.

Kataloniyalılar yalnız əlavə vaxtda ölkənin üçüncü divizion klubunun müqavimətini qıra biliblər. Əlavə vaxtın ilk hissəsində Ansu Fatinin qolu Kataloniya klubuna bu görüşdə qələbə qazandırıb və komandanı turnirin 1/8 finalına çıxarıb.

“İntersiti” isə İspaniya Kubokunda iştirakını başa vurub.

Qeyd edək ki, turnirin hazırkı qalibi ötənilki kubokun final oyununda “Valensiya”nı penaltilər seriyasında məğlub edən “Betis”dir.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin