<

Putinin YENİ HƏMLƏSİ - Döyüş gəmisi BU ƏRAZİYƏ göndərildi

10:07 - 5 Yanvar 2023

Putinin YENİ HƏMLƏSİ - Döyüş gəmisi BU ƏRAZİYƏ göndərildi

Dağıdıcı Ukrayna müharibəsi fonunda qlobal güc nümayişini davam etdirən Rusiya lideri Vladimir Putin “Gəmi terminatoru” kimi tanınan “Zirkon” hipersəs raketləri ilə yüklənmiş döyüş gəmisini Aralıq dənizi sularına göndərir.

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, Putin bu qərarını Rusiya Şimal Donanmasının yerləşdiyi Norveç sahilləri yaxınlığındakı Severomorsk dəniz bazası ilə videokonfrans zamanı açıqlayıb.

“Ölkəmiz hərbi gücünü artırmağa və inkişaf etdirməyə davam edəcək. Donanmamız üçün yenicə istifadəyə verilmiş “Admiral Qorşkov” freqatını böyük ekspedisiyaya çıxarırıq. Ən müasir hipersəsli “Zirkon” raketləri ilə təchiz edilmiş hərbi gəmimiz Atlantik və Hind okeanlarında missiyasını başa vurduqdan sonra Aralıq dənizi sularında lövbər salacaq. Uzun səfərə çıxacaq hərbi gəmimiz Rusiyanın maraqlarını müdafiə edəcək" - Rusiya lideri deyib.

63b5eec74e3fe11b687b3cda.jpg (53 KB)

Putindən sonra açıqlama verən Rusiya müdafiə naziri Sergey Şoyqu alınan qərarın əhəmiyyətindən danışıb:

“Məlum olduğu kimi, səsdən 9 dəfə daha sürətli hərəkət etmək qabiliyyətinə malik olan və saniyədə 2,6 kilometr sürətə çatan bu raket ilk dəfə bir döyüş gəmisinin inventarında yer alır. “Zirkon” raketləri daşıyan “Admiral Qorşkov” freqatı müvafiq olaraq Atlantik və Hind okeanlarında müttəfiq hesab etdiyimiz ölkələrlə birgə hərəkət edərək qlobal maraqlarımızı müdafiə edəcək. Ekspedisiya zamanı “Zirkon” raketləri ilə təlimlərin keçirilməsi də nəzərdə tutulur. "Admiral Qorşkov" uzun səyahətin sonunda Aralıq dənizi sularına gələcək və bir müddət burada qalacaq”.

“Gəmi terminatoru” kimi tanınan “Zirkon” raketinin xüsusiyyətləri:

- Rusiyada hipersəsli “Zirkon” raketinin seriya istehsalına 2017-ci ildə  Putinin göstərişi ilə başlanıb. 2020-ci ildə “Admiral Qorşkov” freqatına quraşdırılan bu raket ilk sınaq atışını 9 iyul 2021-ci ildə Şimal Buzlu Okeanında həyata keçirib. Rusiyada 50 ədəd bu raketlərdən olduğu güman edilir.

- “Zirkon” raketinin ən mühüm xüsusiyyəti yüksək sürətinə görə (Saatda 10 min km) qırıcı raketlər tərəfindən tutula bilməməsidir. Rusiya hərbçiləri bir “Zirkon” raketinin ABŞ-ın təyyarədaşıyan gəmisini batıra biləcək qədər güclü olduğunu iddia edirlər.

- Düşmən gəmisinə 450 km məsafədən atəş açılsa, raketin təxminən 2,9 dəqiqədən sonra hədəfə çatması gözlənir.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin