Azərbaycan səmasında Ayın ətrafında nəhəng dairə müşahidə olundu - FOTO

08:46 - 05 Yanvar 2023

Azərbaycan səmasında Ayın ətrafında nəhəng dairə müşahidə olundu - FOTO

Biləsuvar və Cəlilabad rayonlarında Ayın ətrafında nəhəng dairə müşahidə olunub.

Manset.az “Report”a istinadən xəbər verir ki, bu, halo dairə, yəni işıq mənbəyi ətrafında yaranan parlaq halqa və ya optik fenomendir.

Halo adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı halo tipləri var və onlar əsasən yerdən 5-10 km hündürlükdə, Traposferin yuxarı qatlarında lələkvari buludlardakı buz kristallarından əmələ gəlir.

Biləsuvar və Cəlilabadda bu təbiət hadisəsi axşam saatlarından müşahidə olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az