Bakının Nərimanov rayonunda iki minik avtomobili toqquşub.
Manset.az apa.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Avtomobillərdən biri yol nişanını aşırıb.
Qəza nəticəsində bir nəfər xəsarət alıb. Avtomobillər ərazidən uzaqlaşdırılıb. Hadisənin təfərrüatı araşdırılır.