"Qarabağ" "Səbail"i darmadağın etdi

23:05 - 22 Avqust 2021

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

Manset.az-ın məlumatına görə, turun son oyununda "Qarabağ" "Səbail"i qəbul edib. "Azersun Arena"dakı qarşılaşma Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu 30-cu dəqiqədə "köhlən atlar"ın hücumçusu Musa Qurbanlı vurub. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə dubl edən 19 yaşlı forvard komandasının üstünlüyünü artırıb - 2:0. Görüşdə son nöqtəni isə 75-ci dəqiqədə Filip Ozobiç qoyub.

81-ci dəqiqədə "Qarabağ"ın heyətində Riçard Almeyda zədələnərək, meydanı tərk edib. 3 əvəzetmənin hamısı istifadə olunduğundan ağdamlılar son dəqiqələri 10 nəfərlə keçirib.

Bu qələbədən sonra xallarının sayını 4-ə çatdıran "Qarabağ" 2-ci pilləyə yüksəlib. "Səbail" isə 3 xalla 5-ci sıraya geriləyib.

Qeyd edək ki, günün ilk oyununda "Neftçi" səfərdə "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. Ötən gün baş tutan matçlarda isə "Qəbələ" evdə "Keşlə"yə 2:1, "Sumqayıt" isə "Sabah"a 2:0 hesabı ilə qalib gəlib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin