Xaçmazda bədbəxt hadisə: maşın piyadanı vurub öldürdü

19:30 - 4 Yanvar 2023

Xaçmazda bədbəxt hadisə: maşın piyadanı vurub öldürdü

Xaçmaz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

 

Manset.az xəbər verir ki, rayonun Qaradağlı kənd sakini, 1967-ci il təvəllüdlü Neymətov Ziyad Baba oğlu yolu keçərkən "VAZ-2108" markalı minik avtomobili onu vurub.

Yaralı hadisə yerində dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin