Bu ölkədə fonoqram oxumaq qadağan edildi

18:02 - 4 Yanvar 2023

Bu ölkədə fonoqram oxumaq qadağan edildi

Qırğızıstanda 2023-cü ildən müğənnilərə ictimai tədbirlərdə fonoqram oxumaq qadağan olunub.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov əmr imzalayıb. 

Əmrə əsasən, müğənnilərə teatr, muzey, kinoteatr, klub, kitabxana və idman müəssisələrinin ərazilərində fonoqram mahnı oxumaq qadağan edilib. 

Məlumata görə, qayda pozuntusuna görə məsuliyyəti tədbiri təşkil edən məkanın rəhbərliyi daşıyacaq.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin