Tanınmış futbolçu çirkli pulların yuyulmasında ittiham olunur - FOTO

17:35 - 04 Yanvar 2023

Tanınmış futbolçu çirkli pulların yuyulmasında ittiham olunur - FOTO

İtaliyada çirkli pulların yuyulmasına qarşı mübarizə orqanları "Roma" klubunun sabiq kapitanı Françesko Totti ilə bağlı araşdırmalara başlayıb.

 

Manset.az xəbər verir ki, veteran hücumçu şübhəli bank əməliyyatları etməkdə günahlandırılır.

Onun kazino və bukmeyker kontorlarının sahiblərinin xeyrinə qanunsuz olaraq külli miqdarda pul köçürmələrində iştirak etdiyi iddia olunur. Tanınmış futbolçunun nümayəndələri ittihamı rədd ediblər.

Qeyd edək ki, Françesko Totti peşəkar karyerasını 2017-ci ildə başa vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az