İranın Bakı səfiri erməni kilsəsində - Foto

17:22 - 4 Yanvar 2023

İranın Bakı səfiri erməni kilsəsində - Foto

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin Tehranda erməni kilsəsində bayram tədbirinə qatılması ilə bağlı görüntülər yayılıb.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, fotoda Musəvi erməni rahiblə birgə tort kəsir. Səfirin ermənilərlə səmimiliyi, onlara qardaşcasına münasibəti sosial şəbəkələrdə müzakirəyə çevrilib.

Qeyd edək ki, Seyid Abbas Musəvi məsləhətləşmələr üçün hazırda Tehrandadır. Ancaq foto Musəvinin hazırkı səfərinə aid deyil. Musəvi erməni kilsəsində bayram tədbirinə 3 il öncə qatılıb.

Görüntülərin yayılmasının səbəbi isə İranın və onun səfirinin Ermənistana münasibətini göstərməkdir.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin