ADY-yə məxsus qatarın Tovuz sakinini vuraraq öldürməsi ilə bağlı cinayət işi başlanılıb

15:30 - 4 Yanvar 2023

ADY-yə məxsus qatarın Tovuz sakinini vuraraq öldürməsi ilə bağlı cinayət işi başlanılıb

Azərbaycan Dəmir Yolları QSC-yə məxsus qatarın Tovuz sakinini vuraraq öldürməsi ilə bağlı cinayət işi başlanılıb.

 

Manset.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 3-də saat 20 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə məxsus qatarın Tovuz rayonu ərazisindən keçən zaman 1986-cı il təvəllüdlü Tural Yaqubovu vurması və onun aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatında hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin