<

Rus sülhməramlıları Qarabağdan çıxarılsa, nə olacaq? – Erməni deputat

00:05 - 4 Yanvar 2023

Rus sülhməramlıları Qarabağdan çıxarılsa, nə olacaq? – Erməni deputat

Qarabağda müvəqqəti yerləşən Rusiyanın sülhməramlı missiyasının funksiyaları mövzusu Ermənistanda Laçın dəhlizinin bağlanması kontekstində çox müzakirə olunur.

 

Manset.az bizim.media-ya istinadən bildirir ki, bu fikirləri parlamentin "Mənim şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan yazıb.

"Deyirlər ki, Rusiya sülhməramlı missiyası öz funksiyalarından birini yerinə yetirmir. Təbii ki, belə deyil. Onların Qarabağdan çıxarılması məsələsini qaldırmağa dəyərmi? Qətiyyən yox!

Rus qoşunları olmasaydı və ya Qarabağdan çıxarılsaydı, nə baş verərdi? Təbii ki, Azərbaycan təkcə dəhlizin bağlanması ilə kifayətlənməyəcək və yeni müharibə təhlükəsi yaranacaq.

İndi belə təhlükə yoxdur? Var, amma risk azdır, çünki söhbətin miqyası çox böyüyüb.

Rusiya Federasiyası öz varlığı ilə hücumu cilovlaya bilsə və vaxtı uzatsa, biz bundan yararlanıb müharibəyə hazırlaşmalıyıq.

Ermənistan hökumətinin iddia etdiyi kimi, çoxmillətli sülhməramlı missiya Qarabağda yerləşdirilsə, nə dəyişəcək? Bəs beynəlxalq ictimaiyyətin belə bir istəyi varmı?

Çoxmillətli sülhməramlı missiya yeni müharibənin qarşısını alacaqmı, heç kim dəqiq deyə bilməz. Bunun üçün Rusiya ilə hər zamankındən daha çox işləmək lazımdır. Biz regionda hərbi balansın bərpasına çalışmalıyıq. Təbii ki, bu, indiki hakimiyyətlə praktiki olaraq mümkün deyil, çünki onlar əks istiqamətdə hərəkət edirlər.

Digər beynəlxalq aktyorlara gəlincə, onların əksəriyyətinin Azərbaycana real təsiri var və böyük istək və yaxşı iş ilə vəziyyəti dəyişmək olar", - Abramyan qeyd edib.

Paylaşımdan görünür ki, Ermənistan revanşist çağırışlarından yenə də əl çəkmir, regionda hərbi balansı öz xeyirlərinə dəyişmək istəyir. Rəsmi İrəvan görəsən, buna necə nail olacaq?

Azərbaycanın siyasi, iqtisadi və hərbi gücü qarşısında tab gətirəcəkmi? Üstəlik NATO-da güclü orduya sahib olan Türkiyənin davranışlarından heçmi qorxuları yoxdur. Sınırdan Azərbaycanın qədim şəhəri olan İrəvana cəmi bir neçə kilometr var.

Ermənilərə impuls verən isə yalnız Fransadır. Onun da Türkiyə, İsrail və Britaniyadan yan keçərək Azərbaycana təsiretmə mexanizmi sıfıra bərabərdir. Həm də Qərbin bir çox ölkələri hazırda Azərbaycan qazı ilə təmin edilir.


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin