"Bir çox klub mənimlə müqavilə bağlamaq istəyirdi" - Ronaldo

23:08 - 3 Yanvar 2023

Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçidi haqda danışıb.

 

Manset.az xəbər verir ki, 37 yaşlı hücumçu bu gün keçirilən təqdimat mərasimində deyib:

“Avropa klublarından təkliflər almışam. Bir çox klub - ABŞ, Avstraliya, Braziliya, Portuqaliya klubları mənimlə müqavilə imzalamaq istəyirdilər.

Amma mən "Əl-Nəsr"i seçdim. Mən bu gözəl ölkədə təkcə futbolun deyil, həm də həyatın digər sahələrinin inkişafında iştirak etmək istəyirəm. Mən nə istədiyimi, həmçinin nə istəmədiyimi bilirəm.

Çoxu bilmir, amma bu klubun qadın komandası da var və onların da inkişaf etməsi üçün çalışacağam. Bu bir şansdır və burada məqsədim  xeyirli işlər görməkdir Bu, mənim üçün yeni çağırışdır. İnsanların mənim haqqımda nə dediyi məni maraqlandırmır. Qərarımdan məmnunam".

Xatırladaq ki, Ronaldo "Əl-Nəsr"lə 2 illik müqavilə imzalayıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin