Bakıda ağır QƏZA: Ölənlər var - YENİLƏNİB

23:00 - 3 Yanvar 2023

Bakıda ağır QƏZA: Ölənlər var - YENİLƏNİB

Bakıda baş verən qəzada ölən şəxslərdən daha birinin kimliyi bilinib.

 

DİN mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, ölən sərnişin İsgəndərov Məmməd Pavlik oğludur.

Qəzaya səbəb sürücü E. Əhmədovun sükana nəzarəti itirməsi olub.

Nəticədə maşın elektrik dirəyinə çırpılıb.

***22:32

Bakının Suraxanı rayonunda yol qəzası baş verib.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Əhmədov Eldəniz Umud oğlu idarə etdiyi “VAZ” markalı avtomobildə sükana nəzarəti itirib.

Nəticədə maşın aşıb. Qəza zamanı E.Əhmədov və hələlik şəxsiyyəti bilinməyən sərnişin hadisə yerində ölüb.

Digər sərnişin 1967-ci il təvəllüdlü Qurbanov Oqtay Süleyman oğlu ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin