<

Suraxanıda 4 otaqlı evdə yanğın

21:58 - 3 Yanvar 2023

Suraxanıda 4 otaqlı evdə yanğın

Bakı şəhərinin Suraxanı rayonunda yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 60 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin