Ukrayna daha 83 nəfəri Əfqanıstandan TƏXLİYƏ ETDİ

18:55 - 22 Avqust 2021

Ukrayna daha 83 nəfəri Əfqanıstandan TƏXLİYƏ ETDİ

Ukraynanın hərbi nəqliyyat təyyarəsi Əfqanıstanın paytaxtı Kabildən təxliyə edilən 83 nəfəri Kiyevə çatdırıb.

Manset.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski tvitterdə bildirib.

Qeyd edilir ki, onlar arasında 31 nəfər ukraynalı da var.

Prezidentin sözlərinə görə, Ukrayna öz vətəndaşlarının Əfqanıstandan təxliyəsini davam etdirir.

Daha əvvəl, avqustun 16-da Ukrayna 80 nəfərin Əfqanıstandan təxliyəsi haqqında bildirib. Onlardan 8-i Ukrayna vətəndaşlarıdır.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin