DYP-dən sürücülərə MÜRACİƏT

18:48 - 3 Yanvar 2023

DYP-dən sürücülərə MÜRACİƏT

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi son günlər baş verən dəhşətli yol qəzaları ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Manset.az xəbər verir ki, qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli son günlər baş vermiş yol nəqliyyat hadisələrinin məsuliyyətsizliyin nəticəsi olduğunu bildirib.

Onun sözlərinə görə, sıxlıqlardan, tıxaclardan qat-qat vacib olan məsələ təhlükəsizlikdir: 

“Son günlər insan tələfatı ilə nəticələnən ağır qəzalar əksəriyyətin gileyləndiyi tıxac və sıxlıqlarda deyil, sürətli yollarda və qayda pozuntuları nəticəsində baş verib. Yollarımızın ən böyük problemi sürücülərin, piyadaların və ya sərnişinlərin hərəkət qaydalarına, təhlükəsizliyin təminatına ciddi yanaşmamağının yol açdığı faciələrdir.
Əksəriyyət qayda-qanunun olmasını istəsə də, təəssüf ki, həmin qaydaların özündən kənarda olmasını istəyir. Minbir bəhanə ilə hər kəsin özünü haqlı çıxartmaq və qaydaların yanından ötüb keçmək arzusu var.

Naməlum səbəbdən bəzi insanlar başa düşmür ki, göz görə-görə özünü təhlükəyə atır. Kimsə bu ağır faciələrdən sığortalanmayıb. Bir daha xahiş edirik ki, yola çıxan yaxınlarınızdan, doğmalarınızdan, dostlarınızdan ehtiyatlı olmağı tələb edin! Yol hərəkəti qaydaları həyati əhəmiyyətlidir, səhvləri bağışlamır”.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin