Xəbər verdiyimiz kimi, yanvarın 1-dən İstanbulda qatı duman səbəbiylə dənizdə görmə məsafəsi azalıb və gəmilərin hərəkəti dayandırılıb.
Manset.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, artıq Bosfor boğazında cənubdan şimal istiqamətinə hərəkət bərpa edilib.
Bu barədə Türkiyənin Sahil Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.
Hazırda İstanbulda duman davam edir.
Qeyd edək ki, güclü duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə bağlanıb. Həmçinin, İstanbulda uçuşlar da ləğv edilib.