<

Naxçıvan daxili işlər naziri müvafiq tapşırıqlar verdi - VİDEO

18:18 - 3 Yanvar 2023

Naxçıvan daxili işlər naziri müvafiq tapşırıqlar verdi - VİDEO

Naxçıvan Muxtar Respublikasının yeni təyin edilən daxili işlər naziri Süleyman Nemətov Ordubadda vətəndaşları qəbul edib.

Manset.az xəbər verir ki, qəbulda bütün müraciətlər diqqətlə yoxlanılıb, uçot-qeydiyyatı aparılmaqla nəzarətə götürülüb. 

74 vətəndaşı dinləyən Süleyman Nemətov onların problemlərinin həlli üçün baş idarə, idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti elə yerindəcə həllini tapıb.

Araşdırma tələb edənlərin isə mahiyyətinə uyğun və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul ediləcək. 

Naxçıvan Daxili İşlər Nazirliyindən bildirilib ki, nazirin qəbulu bundan sonra da davam etdiriləcək.

Ətraflı Baku TV-nin süjetində:


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin