Hava şəraiti nə vaxtdan sərinlənəcək? - AÇIQLAMA (VİDEO)

10:05 - 22 Avqust 2021

Hava şəraiti nə vaxtdan sərinlənəcək? - AÇIQLAMA (VİDEO)

Havada müşahidə olunan rütubətin dərəcəsi, eləcə də anomal istiləşmə son günlərdə daha sıx müşahidə olunur.

Manset.az "xezerxeber.az"-a istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, bu vəziyyət növbəti günlərdə də davam edəcək.

İlkin proqnozlara görə, avqustun 24-ü 25-i hava şəraiti qismən normallaşacaq. Lakin bu gün və sabah temperatur pik həddə çatacaq.

Qeyd edək ki, sabah dəniz suyunun temperaturu şimal çimərliklərində- Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada 27-28° isti, cənub çimərliklərində- Türkan, Hövsan, Sahil və Şıx-da 28-29° isti olacaq.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin