Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazandı

19:34 - 21 Avqust 2021

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb.

Manset.az-ın məlumatına görə, 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib.

Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib.

55 kq-da yarışan Elmir Əliyev qazaxıstanlı İsxar Kurbayevə qalib gələrək bürünc medal qazanıb. Aleksandr Primaçenkoya (Ukrayna) uduzan Laçın Vəliyev (87 kq) isə 5-ci olub.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin