Rusiya ordusu bu ərazidən geri çəkildi - SƏBƏB?
27 Noyabr 2024
12:23 - 23 Dekabr 2022
6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
Milli mənlik şüuru inkişaf edən, vətənpərvərlik hissləri yüksək səviyyədə tərbiyə olunan gənc nəslin formalaşması gələcəkdə onların dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağı inamını artırır. Bu cür gənclər dövlətimizin gücünə çevrilməkdə davam edir.
Azərbaycanın bu gün məhz həmin prinsiplərə söykənən dövlət gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəldiyi gündən başlayaraq müstəqil dövlətdə yeni gənc nəslin formalaşması istiqamətində ciddi addımlar atılıb.
Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, gənclər sahəsində Dövlət proqramları qəbul olunur, mühüm tədbirlər reallaşdırılır. Məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar.
Millət vəkili Vüqar İsgəndərov Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycanda gənclərin milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsi onların vətənpərvərlik hissləri, milli mənlik şüurunun inkişaf etdirilməsi üçün çox vacib addımlar atılıb:
“Ümumilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanımıza prezident seçilməsindən sonra ilk yaratdığı nazirlik 1994-cü ildə Gənclər və İdman Nazirliyi oldu. Bu, Azərbaycanda gənclər siyasətinin, gənclərin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsini, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması və bir çox sahələrin əhatə edilməsi və gənclik təşkilatlarının, klubların, gənclərlə bağlı olan cəmiyyətlərin koordinasiya şəklində formalaşdırılması istiqaməti üçün mühüm addım oldu. Gənclərin forumlarının təşkil edilməsi və Ümumilli Liderimizin bir saatdan çox forumlarda gənclər qarşısındakı çıxışları bir növ Azərbaycan gəncliyinə mayak oldu. Onların milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik ruhunda tərbiyə almaları, onların istedadlarının üzə çıxarılması üçün görülən vacib addımlar, "Azərbaycan gəncliyi" dövlət proqramının qəbul edilməsi və bütün bu siyasətin cənab prezident İlham Əliyev tərəfindən çox uğurla, yenə o formada davam etdirildi. Bir neçə "Azərbaycan gəncliyi" dövlət proqramı qəbul edildi. Belə çağırışlara uyğun böyük layihələr həyata keçirildi. Əsasən də Azərbaycan gəncinin əsl vətənpərvər ruhda tərbiyə edilməsi üçün hər il idman oyunlarının keçirilməsi, milli-mənəvi dəyərlərimizə hörmət ruhunun tərbiyə olunması üçün vacib bilik yarışlarının, inşa müsabiqələrinin, bir çox tədbirlərin keçirilməsi, beynəlxalq tədbirlərdə Azərbaycan gənclərinin iştirakı, dünyanın aparıcı ölkələrindən gənclərin ölkəmizə səfərləri, Azərbaycanı yaxından tanımaları, bu, həm də bir növ digər xarici ölkələrdə gənc lobbiçilərin formalaşdırılması istiqamətində addımlar sayılmalıdır”.
Millət vəkili qeyd edib ki, dövlətlə vətəndaş cəmiyyəti, gənclər təşkilatlarının uğurlu fəaliyyəti 2020-ci ildə 44 günlük Vətən Müharibəsində özünü göstərdi:
“Azərbaycan gənci bütün dünyaya torpaq necə qorunmalıdır, torpağı necə sevmək olar, vətənə necə sadiq olmaq olar, vətən uğrunda necə vuruşmaq olar, onu necə qorumaq olar, mədəniyyətini göstərmiş oldu.
Bütün dünya həmin zamanlarda Azərbaycandan, onun Ali Baş Komandanından və onun gəncliyindən danışırdı. Çünki ordunun əsas tərkib hissəsi gənclər idi. O gənclər ki, onların bir çoxu hətta həmin işğaldan azad etdikləri bölgəni, şəhər və kəndləri yalnız televiziya ekranlarından görmüşdülər, kitablardan oxumuşdular. Amma onlar canları, qanları bahasına torpaqlarını düşmən tapdağından azad etdilər. Hazırda böyüməkdə olan yeniyetmə və gənc nəslə bir örnək oldular.
Düşünürəm ki, 44 günlük Vətən müharibəsi bizi müzəffər xalq etməsilə bərabər, həm də gələcək nəsillərimizə bir vətənpərvərlik əmanəti etdik. Yəni yüzillərlə qazanılmayan qələbənin qazanılması həm də Azərbaycan xalqında identik olaraq özünə inamı yüksəltdi. Bir bu gün həm siyasi, həm iqtisadi, həm hərbi, həm qlobal anlamda söz sahibi olan dövlətlərdən birinə çevrilməkdəyik. Bu, ölkə başçısının apardığı uğurlu həm daxili, həm xarici siyasət və buna adekvat olaraq Azərbaycan gənclərinin ölkə başçısının yanında olması, arxasında olması və həmin siyasəti dəstəkləmələri və lazım olan anda vətənin müdafiəsinə hazır olduqlarını göstərmələri - bunların hər biri artıq bu gün müasir Azərbaycan reallığıdır. Düşünürəm ki, bu gənclərlə hələ Azərbaycanımızı irəlidə çox böyük uğurlar gözləyir”.
Gülçin Nağıyeva
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin