Fermerlərə güzəştlər ediləcək - Nazir açıqladı
20 Noyabr 2024
21:53 - 28 Dekabr 2022
Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşegül Yıldız 2 il evli olduğu keçmiş həyat yoldaşından danışıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ayşegül Yıldız Tatlısəslə evli qalmağından qətiyyən peşman olmadığını bildirib:
“Atamı tez itirməsəydim, İbrahim bəy həyatımda olmaya bilərdi. Mən həmin vaxt atamı çox sevirdim, sonra isə hər şey həyat yoldaşımla xoş oldu. İbrahimi çox sevirdim və insanlar bunu qəbul edə bilmirdilər. Onu heç vaxt qorxacaq biri kimi görməmişəm. Sevgi vardı, yaxşı şeylər oldu. Məni çox sevirdi və mən də ona aşiq oldum. Münasibətimiz evlilik və gözəl uşaqla nəticələndi”.
Qeyd edək ki, Ayşegül Yıldız 2011-2013-cü illərdə İbrahim Tatlısəslə evli olub və cütlüyün Elif Ada adlı bir qızı dünyaya gəlib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin