Эксперт о том, что произойдет в паре Лепса и юной девочки
За что на Урале зверски расправились с 7-летним мальчиком

“Media Menecmenti” təlim proqramının ikinci modulu keçirildi - FOTOLAR

13:52 - 28 Dekabr 2022

“Media Menecmenti” təlim proqramının ikinci modulu keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 3 moduldan ibarət olan “Media Menecmenti” təlim proqramının ikinci modulu keçirilib.

Manset.az xəbər verir ki, “Onlayn media menecmenti” mövzusunda keçirilən ikinci modulda Litvanın Baş nazirinin mədəniyyət üzrə ictimai müşaviri, inkişaf və innovasiyaya verdiyi töhfəyə görə iki dəfə regionun ən yaxşı marketinq direktorlarından biri seçilmiş Ornela Ramasauskaite çıxış edib. O, iştirakçılara “Onlayn media subyektlərinin idarə olunması: ənənəvi və müasir dövrdə üsullar və alətlər”, “Qlobal rəqəmsal tendensiyalar və proqnozlar”, “Funksional və istifadəçi mərkəzli platformanın inkişafı, reklamların cəlb olunması”, “Rəqəmsal trendlər” və s. kimi mövzularda təlim keçib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.

Dekabrın 29-na qədər 60-dan çox media menecerinin iştirakı ilə davam edəcək “Media Menecmenti” təlim proqramının əsas məqsədi ənənəvi və rəqəmsal media ilə işləyərək daha keyfiyyətli məzmunun yaradılmasına, jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsinə, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsinə töhfə verilməsidir.



Xəbər xətti

8 Aprel 2025
Эксперт о том, что произойдет в паре Лепса и юной девочки
За что на Урале зверски расправились с 7-летним мальчиком
СМИ: В британской королевской семье произошла трагедия.
В СМИ раскрыли почему жена Буйнова избегает выходы в свет
На экс премьер-министра Англии совершили нападение
В России только спустя год нашли тело парнишки
Какие выплаты будут повышены в России и кому ?
Если вы переезжаете в России и не сообщили об этом — штраф
В Москве суд откроет дело о передаче "Домодедово" властям
"Все они ждали, чтобы моя жена-инвалид умерла прямо в эфире"

Ən son xəbərləri səhifəmizdən də izləyin