Bərdədə ev, Masallıda təndirxana yandı

16:09 - 21 Avqust 2021

Bərdədə ev, Masallıda təndirxana yandı

Bərdə rayonunda ümumi sahəsi 252 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 32 m² sahədə yanıb.

Manşet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Masallı rayonunun Sığıncaq kəndində isə ümumi sahəsi 15 m² olan təndirxananın dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə və içərisinə yığılan 0,5 m³ odun yanıb. Təndirxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin