Şamaxıda dam örtüyü yandı

14:52 - 21 Avqust 2021

Şamaxıda dam örtüyü yandı

Şamaxı rayonunun Məlikçobanlı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Bu barədə Manşet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, 35 m² sahədə və tikilinin içərisinə yığılan 4 ton ot bağlamasının 1,5 tonu yanıb. Tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin