Qaçırdığı avtomobili yandırdı

14:28 - 21 Avqust 2021

Qaçırdığı avtomobili yandırdı

Ötən gün Şirvan Rayon Polis Şöbəsinə şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Manşet.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Hacıqəhramanlı qəsəbəsi ərazisində yanmış halda tapılıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini S. Qasımzadə müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin