Sosial şəbəkə üçün video çəkən qız həyatını itirdi - ANBAAN VİDEO

14:00 - 21 Avqust 2021

Sosial şəbəkə üçün video çəkən qız həyatını itirdi - ANBAAN VİDEO

Türkiyədə gənc qız sosial media üçün video çəkərkən həyatını itirib.

Manşet.az xəbər verir ki, Türkiyənin Esenyurt şəhərində 23 yaşlı qız əmisi qızı ilə görüşərkən sosial şəbəkə hesabı üçün video çəkmək qərarına gəlib. Qızlar videonu çəkmək üçün binanın damına çıxıblar. Damdakı plastik panel çökdüyü üçün 23 yaşlı Kübra Doğan təxminən 50 metr yüksəklikdən yıxılaraq həyatını itirib. 

Zərərçəkmişin əmisiqızı Helen.M yıxılma anını kameraya qeyd edib.

sfera.az


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin