Fırıldaqçılar bu yola da əl atdılar - VİDEO

09:13 - 21 Avqust 2021

Fırıldaqçılar bu yola da əl atdılar - VİDEO

Bakida iki nəfər nitq və eşitmə məhdudiyyətli qadına qarşı dələduzluq edib.

Manset.az xəbər verir ki, onlar qadını ev satmaq adı ilə aldadıb və külli miqdarda pulunu mənimsəyiblər.

Hadisə paytaxt sakini Güzülüzadə Verdiyevanın başına gəlib. Qadın nitq qüsurlu olduğundan bu barədə ''Xəzər Xəbər''ə məlumatı qardaşı Şirin Nuriyev verib.

Onun sözlərinə görə, təxminən bir il əvvəl bacısı ev almaq üçün Mahir adlı rieltorla tanış olub. Onlar Sabunçu rayonu, Maştağa qəsəbəsində Hacı Səid adlı şəxsin evini almaq üçün şəxsi tikiliyə baxış keçiriblər.Təxminən 10 gündən sonra  Şirin Nuriyev evin sənədlərini almaq üçün həmin şəxslərə zəng vurub. Amma onların hər ikisinin də telefonu bağlı olub. Şirin Nuriyev bacısı ilə həmin evə gedəndə evin əsl sahibi ilə qarşılaşıblar. Sahibi bildirib ki, evi satanları tanımır. Şirin Nuriyev araşdırma aparıb və müəyyən edib ki, özünü Mahir kimi təqdim edən rieltorun adı Polad, güya ev sahibi olan Hacı Səidin əsl adı isə Sahəddindir. Aldadıldığını başa düşən  Şirin Nuriyev ərazi üzrə Nizami rayon Polis İdarəsinə məlumat verib. Polisin müdaxiləsi ilə həmin şəxslər tapılıb. Onlar aldıqları pulun yarısını qaytarıb və ondan sonra yoxa çıxıblar.

Şirin Nuriyev təkrar polisə şikayət edib. Nizami rayon Polis İdarəsindən bildirilib ki, həmin şəxslərin yenidən tapılması istiqamətində axtarış aparılır.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin